Anomal istilər Aralıq dənizində təhlükəli bakteriyanın sürətlə çoxalmasına səbəb olub

Turizm Materials 14 İyul 2026 09:32 (UTC +04:00)
Anomal istilər Aralıq dənizində təhlükəli bakteriyanın sürətlə çoxalmasına səbəb olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Aralıq dənizi regionunda müşahidə olunan anomal isti hava şəraiti səbəbindən dəniz mikroorqanizmi olan “Vibrio vulnificus” sürətlə çoxalmağa başlayıb. Bundan əvvəl İspaniyada bu bakteriyanın aşkarlanması səbəbindən bir neçə çimərliyin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

Bu barədə iyulun 13-də Venesiya Eksperimental Zooprofilaktika İnstitutunun (IZSVe) ictimai səhiyyə üzrə eksperti Amedeo Manfrin məlumat verib.

Avropanın Aralıq dənizi sahillərində istirahət edən turistlər üçün təhlükə yaradan bu "ət yeyən" bakteriya yalnız açıq yara vasitəsilə orqanizmə daxil olduqda risk yaradır.

“Vibrio vulnificus bakteriyası (latınca vulnus – yara sözündən) bu adı ona görə alıb ki, patogen xüsusiyyətlərini inkişaf etdirməsi üçün açıq yara tələb olunur”, – deyə Manfrin bildirib.

Mütəxəssis əlavə edib ki, bu mikroorqanizm əsasən duzlu sularda yaşayır. O, eyni zamanda istirahət edənləri sakitləşdirərək qeyd edib ki, çimərkən təsadüfən az miqdarda dəniz suyunun udulması sağlamlıq üçün ciddi təhlükə yaratmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti