Bakı. Trend:
ABŞ Fars körfəzinin bütün ərəb ölkələrini qoruyur və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına görə kompensasiya almağı gözləyir.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Mən kompensasiya almaq istəyirəm, çünki biz dünyanın çox varlı bir bölgəsini qoruyuruq. Biz bunun üçün vəsait xərcləyirik", - deyə o bildirib.
"Biz kömək etdiyimiz ölkələrdən göstərdiyimiz müdafiəyə görə kompensasiya alacağıq", - deyə Tramp Vaşinqtonun Hörmüz boğazında normal gəmiçiliyin təmin edilməsinə yönəlmiş fəaliyyətini nəzərdə tutaraq vurğulayıb.