Əhmədinejad “Mossad”la əlaqələrinin olmasını təkzib edib

Dünya xəbərləri Materials 14 İyul 2026 15:32 (UTC +04:00)
Əhmədinejad “Mossad”la əlaqələrinin olmasını təkzib edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” qəzetinin onun İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın nümayəndələri ilə gizli görüşlər keçirməsi ilə bağlı iddialarını təkzib edib.

İran KİV-lərinin yaydığı məlumata əsasən, bəyanatda bildirilir ki, sözügedən material ictimaiyyəti çaşdırmağa və İran xalqına qarşı psixoloji müharibə aparmağa yönəlmiş yalan məlumatlardan ibarətdir.

Keçmiş prezidentin ofisində qeyd olunub ki, “onlar adətən Hollivud üslubunda olan iddialara reaksiya verməyi zəruri hesab etmirlər”. Lakin ölkədəki mürəkkəb siyasi vəziyyət və mümkün təxribatların qarşısının alınması məqsədilə irəli sürülən bütün ittihamların rəsmi şəkildə təkzib edilməsi qərara alınıb.

Bəyanatda həmçinin vurğulanıb ki, Mahmud Əhmədinejad gündəlik fəaliyyətini adi qaydada davam etdirir.

Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Əhmədinejad İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın nümayəndələri ilə gizli görüşlər keçirib və İsrail onun yenidən hakimiyyətə qayıtmasına dəstək vermək imkanını nəzərdən keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti