İnsanlara maraq və beynəlxalq əlaqələr güclü jurnalistikanın əsasını təşkil edir - "Euronews" baş direktoru

Siyasət Materials 14 İyul 2026 14:36 (UTC +04:00)
İnsanlara maraq və beynəlxalq əlaqələr güclü jurnalistikanın əsasını təşkil edir - "Euronews" baş direktoru
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

İnsanlara səmimi marağın göstərilməsi və beynəlxalq peşəkar əlaqələrin daim inkişaf etdirilməsi güclü jurnalistikanın əsasını təşkil edir və qlobal media ictimaiyyətinin nümayəndələri arasında etimadın formalaşmasına kömək edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu "Euronews"un baş direktoru Klaus Ştrunts IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

"Jurnalist digər insanlara, onların mədəniyyətinə, davranışına və məşğul olduqları işlərə həqiqi maraq göstərməlidir. Yalnız bu halda o, həqiqətən də yaxşı jurnalist ola bilər", - deyə o bildirib.

Ştruntsun sözlərinə görə, forumda iştirak etdiyi iki gün ərzində şəxsi ünsiyyət sayəsində əvvəllər bir neçə ay ərzində əldə edə biləcəyindən daha çox peşəkar bilik və yeni əlaqələr qazanıb. O qeyd edib ki, jurnalistlər əməkdaşlıq imkanlarını əldən verməməlidirlər, çünki məhz həmkarlarla qarşılıqlı fəaliyyət peşə üçün yeni perspektivlər açır.

"Euronews"un baş direktoru gənc jurnalistləri hər gün beynəlxalq peşəkar əlaqələr şəbəkəsini genişləndirməyə vaxt ayırmağa, başqalarının təşəbbüs göstərməsini gözləməməyə çağırıb. O vurğulayıb ki, həmkarlarla müntəzəm ünsiyyət, mövcud əlaqələrin qorunub saxlanılması və yeni insanlarla tanış olmağa açıq olmaq peşəkar gələcəyə mühüm investisiyadır. Onun sözlərinə görə, məhz bu əlaqələr gələcəkdə birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə və sürətlə dəyişən dünyada jurnalist missiyasının daha səmərəli yerinə yetirilməsinə imkan yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti