Bakı. Trend:
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb.
Bu barədə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib.
Vurğulanıb ki, texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir.
“Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik”, - deyə məlumatda qeyd edilib.
