“Sabah” növbəti mərhələyə yüksəlib - Çempionlar Liqası

İdman Materials 14 İyul 2026 23:27 (UTC +04:00)
“Sabah” növbəti mərhələyə yüksəlib - Çempionlar Liqası

Bakı. Trend:

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyunu başa çatıb.

Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.

İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən "Sabah" II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib olub.

Xəbər lenti

Xəbər lenti