Azərbaycan Türkiyəni 15 İyul münasibətilə təbrik edib

Siyasət Materials 15 İyul 2026 09:13 (UTC +04:00)
Azərbaycan Türkiyəni 15 İyul münasibətilə təbrik edib
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin çatdırıldığı bildirilib.

“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”, – paylaşımda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını “15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə tamamlayıb.


Xəbər lenti

Xəbər lenti