Bakı.Trend:
Rusiyanın Tümen şəhərindən Beloyarska uçan An-24 hava gəmisi güc qurğularında ortaya çıxan nasazlığa görə qalxdığı aeroporta qayıdaraq məcburi eniş edib.
Bu barədə Ural nəqliyyat prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident Moskva vaxtı ilə 07:00-da (Bakı vaxtı ilə 08:00) baş verib. Enişin ştat rejimində həyata keçdiyi qeyd edilir.
Nəqliyyat prokurorluğu uçuş təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə nəzarət tədbirlərinə başlayıb. Yoxlamanın nəticələrinə əsasən, aviaşirkətin aviasiya texnikasına texniki xidmət tələblərinə riayət etməsi, təyyarənin uçuşqabağı hazırlığının tam və vaxtında həyata keçirilməsi, eləcə də ekipajın hərəkətlərinə hüquqi qiymət veriləcək.
