"Milan" Modriçlə razılığa gəldi

İdman Materials 15 İyul 2026 04:56 (UTC +04:00)
"Milan" Modriçlə razılığa gəldi

Bakı. Trend:

Luka Modriç karyerasını "Milan"da davam etdirməyə yaxındır.

Xorvatiyalı yarımmüdafiəçi hələ yekun qərarını verməsə də, tərəflər 2026/27 mövsümü üçün əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa çox yaxındırlar.

Müqavilə uzadılacağı təqdirdə, Modriç yay məzuniyyətindən sonra komandanın iyulun 26-da başlayacaq Avstraliya mövsümöncəsi turu zamanı “Milan”ın düşərgəsinə qoşulacaq.

39 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 34 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti