Azərbaycan kibertəhlükəsizlik üzrə dünya reytinqində 35-ci yerə yüksəlib - Vüsal Qasımlı

İqtisadiyyat Materials 15 İyul 2026 10:30 (UTC +04:00)
Azərbaycan kibertəhlükəsizlik üzrə dünya reytinqində 35-ci yerə yüksəlib - Vüsal Qasımlı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan kibertəhlükəsizlik sahəsində dünya reytinqində mövqeyini yaxşılaşdıraraq 35-ci yerə yüksəlib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda kibercinayətkarlıq artıq “Crime as a Service” (xidmət kimi kibercinayət) modeli ilə inkişaf edir və bu, ölkələrin informasiya təhlükəsizliyini daha da ön plana çıxarır.

V.Qasımlı bildirib ki, Azərbaycan rəqəmsal iqtisadiyyat, süni intellekt və digər istiqamətlər üzrə dünya reytinqlərində hələ orta mövqedədir və bu sahələrdə inkişaf üçün dövlət proqramlarının qəbulunun mühüm töhfə verəcəyinə inanır.

“Bununla belə, informasiya təhlükəsizliyi sahəsində vəziyyət fərqlidir. Azərbaycan kibertəhlükəsizlik üzrə dünya reytinqində 35-ci yerə yüksəlib. Bu da ölkənin informasiya təhlükəsizliyi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti