Bakı. Trend:
Böyük Britaniyada İranın müvəqqəti işlər vəkili ölkənin xarici işlər nazirliyinə çağırılıb.
Bu barədə Britaniyanın ali diplomatiya qurumunun bəyanatında bildirilir.
Müvəqqəti işlər vəkilinin Avropaya edilmiş bir sıra hücumlarda SEPAH-a bağlı olan “Əl-Qüds” qüvvələrinə güman edilən kordinasiya dəstəyi ilə əlaqədar çağırıldığı qeyd olunur.
"Bu gün xarici işlər nazirinin tapşırığı ilə Böyük Britaniyadakı İran İslam Respublikasının müvəqqəti işlər vəkili Xarici İşlər, Birlik və İnkişaf Məsələləri Nazirliyinə çağırılıb. Cənab Əli Nəsimfər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin mart-may ayları ərzində Avropada baş vermiş bir sıra hücumların koordinasiyasında oynadığı rol ilə əlaqədar nazirliyə dəvət olunub", – deyə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasında qeyd edilib.
