Bakı.Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Kiyevə rəsmi səfər edib.
Bu barədə AK rəhbəri öz rəsmi “X” səhifəsində yazıb.
Bu onun Ukrayna müharibəsi ərzində Kiyevə sayca 11-ci səfəridir.
"Ukrayna güclü hərbi dinamika formalaşdırıb. Müdafiə sənayelərimizin inteqrasiyası ilə bağlı yeni təşəbbüsləri elan edəcəyəm ki, daha çox və daha sürətli istehsal edə bilək", – deyə o paylaşdığı məlumatda bildirib.
