Bakı. Trend:
Azərbaycanda MyGov platformasının süni intellekt əsaslı yeni modelə keçirilməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda MyGov platformasında beta versiyada süni intellekt əsaslı çatbot istifadəyə verilib.
R.Həsənov bildirib ki, növbəti aylarda agent əsaslı yeni MyGov platformasına keçid planlaşdırılır və bununla bağlı layihələrin icrasına başlanılıb.
Nazir müavini əlavə edib ki, dövlət qurumlarında da süni intellekt texnologiyalarının tətbiqi istiqamətində işlər davam etdirilir.
