Bakı-Bratislava arasında birbaşa aviareyslər iki ölkənin ticari-iqtisadi əlaqələrini möhkəmləndirəcək - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 15 İyul 2026 14:35 (UTC +04:00)
Bakı-Bratislava arasında birbaşa aviareyslər iki ölkənin ticari-iqtisadi əlaqələrini möhkəmləndirəcək - Mikayıl Cabbarov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı ilə Bratislava arasında birbaşa aviarabitənin işə salınması Azərbaycan və Slovakiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına və əlaqələrin genişlənməsinə töhfə verəcək.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda çıxışı zamanı deyib.

"Azərbaycan və Slovakiyanın paytaxtları arasında birbaşa aviarabitənin işə salınmasını alqışlayır və səbirsizliklə gözləyirik. Bu təşəbbüsün həyata keçirilməsinə həm Slovakiya, həm də Azərbaycan tərəfdən töhfə verən hər kəsə təşəkkürümü bildirmək istərdim", – deyə o bildirib.

Mikayıl Cabbarovun sözlərinə görə, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm addım olacaq.

Nazir qeyd edib ki, yeni aviareyslər təkcə işgüzar əlaqələrin fəallaşmasına deyil, həm də insanlar arasında təmasların artmasına xidmət edəcək.

O vurğulayıb ki, Azərbaycan və Slovakiya artıq energetika, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və tikinti layihələri kimi sahələrdə uğurla əməkdaşlıq edir. Bununla belə, ikitərəfli iqtisadi qarşılıqlı fəaliyyətin potensialı bundan xeyli genişdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti