SARIO Slovakiyada müxtəlif layihələrin həyata keçirilməsində azərbaycanlı investorlara dəstək göstərməyə hazırdır

İqtisadiyyat Materials 15 İyul 2026 14:49 (UTC +04:00)
SARIO Slovakiyada müxtəlif layihələrin həyata keçirilməsində azərbaycanlı investorlara dəstək göstərməyə hazırdır
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyi (SARIO) Slovakiyada investisiya layihələrinin həyata keçirilməsində maraqlı olan Azərbaycan şirkətlərinə hərtərəfli dəstək göstərməyə hazırdır.

Trend-in müxbiri xəbər verir ki, bunu SARIO-nun Münhen investisiya ofisinin rəhbəri Martina Şuşova Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda çıxışı zamanı deyib.

"Əsas missiyamız investorlara dəstək göstərməkdir ki, onlar Slovakiyada bizneslərini uğurla qura və inkişaf etdirə bilsinlər. Biz biznes mühiti ilə bağlı icmallar təqdim edir, zəruri təhlillər aparır, investisiya təşviqləri ilə bağlı məsləhətlər verir və layihələrin həyata keçirilməsi üçün uyğun məkanın seçilməsində dəstək göstəririk", – deyə o bildirib.

Martina Şuşovanın sözlərinə görə, agentlik artıq dünyanın müxtəlif ölkələrindən olan şirkətlər tərəfindən həyata keçirilmiş 700-dən çox uğurlu investisiya layihəsinin müşayiəti sahəsində təcrübəyə malikdir.

O xatırladıb ki, Slovakiya Avropanın mərkəzində yerləşir, milli valyuta kimi avrodan istifadə edir, Avropa İttifaqının, Şengen zonasının, NATO-nun və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvüdür ki, bu da biznes fəaliyyəti və logistika üçün əlverişli şərait yaradır.

Martina Şuşova vurğulayıb ki, SARIO yalnız xarici investorlara deyil, həm də Slovakiya şirkətlərinə xarici bazarlara çıxış zamanı dəstək göstərir, biznes missiyaları, işgüzar görüşlər və seminarlar təşkil edir, eləcə də əməkdaşlıq üçün yeni imkanların axtarışını həyata keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti