Tovuzda həyat yoldaşına 14 il zorakılıq etməkdə şübhəli bilinən kişi saxlanılıb

Hadisə Materials 15 İyul 2026 17:14 (UTC +04:00)
Tovuzda həyat yoldaşına 14 il zorakılıq etməkdə şübhəli bilinən kişi saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tovuz rayonunda 14 il ərzində həyat yoldaşına zorakılıq etməkdə şübhəli bilinən kişi saxlanılıb.

Trend-in məlumatına görə, Tovuz rayonu sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Qeyd edək ki, T.Rüstəmova iki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, qadın 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.

Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladları ilə birlikdə sığınacağa müraciət edib.

Qadının sözlərinə görə, yaxınları ona dəstək olmağa çalışsalar da, həyat yoldaşı dəfələrlə ailəsinin yaşadığı ünvana gələrək onlara da hücum edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti