Liviya sahillərində 60 miqrantı daşıyan gəmi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 İyul 2026 04:08 (UTC +04:00)
Liviya sahillərində 60 miqrantı daşıyan gəmi qəzaya uğrayıb

Bakı. Trend:

Böyük Səhranın cənubundakı Afrika ölkələrindən olan 60 miqrantı daşıyan gəmi iyulun 15-də Aralıq dənizində Liviyanın şərq sahilləri yaxınlığında qəzaya uğrayıb.

Təhlükəsizlik xidmətlərindəki iki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, hadisə nəticəsində 50 nəfərin həlak olduğu ehtimal olunur.

Məlumatına əsasən, yalnız 10 nəfər xilas edilib. Onlar Tobruk şəhərindən təxminən 70 kilometr qərbdə aşkar ediliblər.

Bundan əlavə, mənbələrin bildirdiyinə görə, iyulun 14-də Tobruk xilasediciləri iki həftə ərzində Liviya sularında qalan və göyərtəsində 28 miqrantın olduğu başqa bir qayığı aşkar ediblər. Yardım gələnədək 4 sərnişin həyatını itirib.

"Qayıqda olan 28 miqrant son dərəcə ağır humanitar şəraitdə idi. Dörd nəfər həlak olub. Sağ qalanlar müalicə üçün yerli xəstəxanaya çatdırılıb", – deyə mənbələrdən biri bildirib.

Xəbər lenti

Xəbər lenti