Merts ABŞ-ni Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb

Dünya xəbərləri Materials 16 İyul 2026 00:04 (UTC +04:00)
Merts ABŞ-ni Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb

Bakı. Trend:

Almaniyada siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qanunsuzdur, - deyə Almaniya kansleri bildirib.

Almaniya kansleri Fridrix Merts ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə və ölkədə müəyyən siyasi qüvvələri dəstəkləməməyə çağırıb.

"Biz həmişə ABŞ-da keçirilən seçkilərə müdaxilə etmədiyimizi demişik və bu prinsipə daim əməl etmişik. Eyni şəkildə istəməzdim ki, ABŞ hökuməti və ya ona yaxın qurumlar Almaniyadakı seçkilərə müdaxilə etsin", - deyə Merts Berlində keçirilən mətbuat konfransında bildirib.

"Almaniyada siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qanunsuzdur. Hesab edirəm ki, ilk növbədə dostlarımız bu hüquqi qaydalara əməl edəcəklər", - deyə o əlavə edib.

Sentyabr ayında Almaniyada Berlin, Meklenburq–Qərbi Pomeraniya və Saksoniya-Anhalt federal torpaqlarında yerli seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti