Texas hakimiyyəti daşqınlar nəticəsində iki nəfərin öldüyünü bildirib

Dünya xəbərləri Materials 17 İyul 2026 07:56 (UTC +04:00)
Texas hakimiyyəti daşqınlar nəticəsində iki nəfərin öldüyünü bildirib

Bakı. Trend:

ABŞ-nin Texas ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı iki nəfər həlak olub.

Bu barədə "CBS News" telekanalı ştatın qubernatoru Qreq Ebbotta istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər Komfort rayonunda, digər şəxs isə Yuvalde yaxınlığında həyatını itirib. Qubernator sakinləri daşqın sularından uzaq durmağa və təhlükə yaranacağı təqdirdə yüksək ərazilərə çəkilməyə çağırıb.

Ebbott bildirib ki, xilasedicilər 230-dan çox əməliyyat keçirərək insanları evlərdən və su altında qalmış avtomobillərdən təxliyə ediblər. Yuvalde polis idarəsi isə Leon çayı yaxınlığındakı alçaq ərazilərdə yaşayan sakinlərə suyun səviyyəsinin qəfil qalxması təhlükəsi səbəbindən həmin əraziləri tərk etməyi tövsiyə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti