Rusiya və Ukraynanı danışıqlara qaytarmaq üçün istənilən təşəbbüsü dəstəkləyəcəyik - Fidan

Dünya xəbərləri Materials 17 İyul 2026 12:35 (UTC +04:00)
Rusiya və Ukraynanı danışıqlara qaytarmaq üçün istənilən təşəbbüsü dəstəkləyəcəyik - Fidan

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə səfərinin yekunlarına dair verdiyi bəyanatda ölkəsinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının keçirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb.

Bu barədə o rəsmi “X” səhifəsində yazıb.

"Türkiyə olaraq tərəfləri yenidən danışıqlar masası arxasına qaytaracaq və davamlı sülhün bərqərar olmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırıq", – deyə nazir bildirib.

O, həmçinin bildirib ki, Rusiya-Ukrayna münaqişəsindəki son vəziyyəti Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa ilə yanaşı, ölkənin digər yüksək vəzifəli rəsmiləri ilə də müzakirə edib.

Qeyd edək ki, Türkiyəli XİN rəhbəri 15-16 iyul tarixlərində Ukraynada rəsmi səfərdə olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti