Bakı.Trend:
Ağ ev ABŞ Prezidenti Donald Trampın iyulun 19-da Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının İspaniya–Argentina final qarşılaşmasını izləyəcəyini təsdiqləyib.
FIFA prezidenti Canni İnfantinonun sözlərinə görə, Tramp onunla birlikdə turnirin qaliblərinə Dünya Kubokunu təqdim edəcək.
Bundan əlavə, Ağ ev rəhbəri bu gün Nyu-Yorkdakı “Trump Tower”də keçiriləcək FIFA-nın rəsmi mərasimində iştirak edəcək.
Futbol üzrə FIFA dünya çempionatının finalında hazırkı dünya çempionu Argentina ilə Avropa çempionu İspaniya üz-üzə gələcək.
Üçüncü yer uğrunda görüş isə Fransa-İngiltərə yığmaları arasında iyulun 18-də (Bakı vaxtı ilə 19 iyul saat 01.00-da) keçiriləcək.
