Ədən körfəzində tankerə silahlı basqın olub

Dünya xəbərləri Materials 17 İyul 2026 14:26 (UTC +04:00)
Ədən körfəzində tankerə silahlı basqın olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəmən sahillərinin cənubunda, Ədən körfəzində “Asana” adlı kimyəvi maddələr daşıyan tanker naməlum silahlı dəstənin basqınına məruz qalıb. Silahlılar gəminin göyərtəsinə qalxaraq onu öz nəzarətlərinə götürüblər.

Bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsinə aid mənbələrə istinadən məlumat yayıb.

Heç bir ölkənin bayrağı altında üzməyən kiçik tanker Somalinin Bosaso limanında yan almalı idi.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) Ədən körfəzi ilə şərq istiqamətində hərəkət edən, Yəmənin Əl-Mukalla limanından 65 dəniz mili cənubda yerləşən bir gəminin göyərtəsində naməlum şəxslər daxil olduğunu bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti