Bakı. Trend:
Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti iyunun 12-dən bəri ilk dəfə olaraq bir barel üçün 88 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 21:31-ə olan göstəricilərə əsasən, sentyabr tədarüklü "Brent" markalı neft fyuçersləri 4,52 faiz bahalaşaraq bir barel üçün 88,04 dollara yüksəlib.
Lakin saat 21:36-da qiymət artımının tempi zəifləyib. Həmin vaxt
"Brent" markalı neftin bir bareli 87,74 dollara satılıb ki, bu da
əvvəlki göstərici ilə müqayisədə 4,17 faizlik artım
deməkdir.