Nazir Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un rəhbər şəxsləri ilə görüşüb

İqtisadiyyat Materials 17 İyul 2026 17:53 (UTC +04:00)
Nazir Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un rəhbər şəxsləri ilə görüşüb

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Eyni zamanda Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti