Bazar günü 38 dərəcə isti olacaq

Cəmiyyət Materials 18 İyul 2026 12:21 (UTC +04:00)
Bazar günü 38 dərəcə isti olacaq
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 19-da Azərbaycanda hava əsasən yağmursuz keçəcək, 38 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti