Bakı. Trend:
Pyer-Emerik Obameyang karyerasını İspaniyada davam etdirəcək.
37 yaşlı hücumçunun transferini "Deportivo" rəsmən açıqlayıb. Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Məlumata görə, La Liqaya qayıdan “Deportivo” futbolçunun keçidi üçün "MArsel" klubuna 1,5 milyon avro təzminat ödəyib.
2025/26 mövsümündə Qabon millisinin tarixinin ən sərrast bombardiri olan Obameyanq Liqa 1-də 30 oyunda meydana çıxaraq 10 qola imza atıb. Təcrübəli forvardın “Deportivo”nun hücum xəttinə ciddi güc qatacağı gözlənilir.