Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini ötüb

Dünya xəbərləri Materials 18 İyul 2026 02:12 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini ötüb

Bakı. Trend:

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5069 nəfərə çatıb.

Bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez açıqlayıb.

Onun məlumatına görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 36 min 951 nəfər tibb müəssisələrində müalicə olunub. Bundan başqa, 128 min 324 ailəyə yardım göstərilib, 21 min 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Xəbər lenti

Xəbər lenti