ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

Dünya xəbərləri Materials 19 İyul 2026 02:57 (UTC +04:00)
ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yerli vaxtla saat 18:00-dan etibarən (Bakı vaxtı ilə 02:00) Ali Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hava zərbələri endirməyə başladığını elan edib.

Bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində məlumat yayılıb.

"Zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhdid yaratmaq imkanlarını daha da zəiflətmək, həmçinin ötən gecə İordaniyada ABŞ hərbçilərinə zərbələr endirən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrini operativ şəkildə cəzalandırmaqdır", - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti