ABŞ-nin Pakistandakı baş konsulluğu bağlanıb

Dünya xəbərləri Materials 18 İyul 2026 13:44 (UTC +04:00)
ABŞ-nin Pakistandakı baş konsulluğu bağlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Pakistanın Pişəvər şəhərində yerləşən baş konsulluğu fəaliyyətini tam dayandırıb.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi “X” səhifəsindəki bəyanatında qeyd edilib.

“Xeybər-Paxtunxva əyaləti ilə diplomatik qarşılıqlı fəaliyyətlə bağlı səlahiyyətlər ABŞ-nin İslamabaddakı səfirliyi yanında əyalət üzrə işlər şöbəsinə (KPU) ötürülüb”, - deyə bəyanatda bildirilib.

ABŞ Dövlət Departamenti Pişəvərdəki baş konsulluğun mərhələli şəkildə bağlanacağını mayın əvvəlində elan etmişdi. Qeyd olunub ki, bu qərar diplomatik heyətin təhlükəsizliyinin təmin edilməsi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti