Bəzi dağlıq rayonlara leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 18 İyul 2026 10:50 (UTC +04:00)
Bəzi dağlıq rayonlara leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 18-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.


"Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti