Norveçdə güclü yanğın – 100-dən çox ev yanıb

Dünya xəbərləri Materials 18 İyul 2026 11:46 (UTC +04:00)
Norveçdə güclü yanğın – 100-dən çox ev yanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Norveçdə 100-dən çox yaşayış evi yanaraq məhv olub, iki nəfər yanma məhsullarından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə krallığın polisi məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də hələlik müəyyən edilməmiş səbəbdən Oslodan 40 kilometr aralıda yerləşən Drammen yaşayış məntəqəsində evlərin birində yanğın baş verib. Alov qısa müddətdə binanı tamamilə bürüyərək qonşu tikililərə keçib, yanğın isə partlayışlarla müşayiət olunub. Nəticədə bir neçə yüz yerli sakin təxliyə edilib.

İyulun 17-si axşam saatlarında alovun yeni tikililərə yayılması dayansa da, iyulun 18-i səhərədək yanğın hələ də tam lokallaşdırılmayıb. Yaşayış məntəqəsinin ətrafındakı meşəlik ərazilərdə də yanğın davam edir. Yanğının söndürülməsinə aviasiya texnikası cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti