Millimiz çimərlik futbolu üzrə Avropa çempionatının B divizionunun finalına yüksəlib

İdman Materials 19 İyul 2026 02:15 (UTC +04:00)
Millimiz çimərlik futbolu üzrə Avropa çempionatının B divizionunun finalına yüksəlib

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının B divizionunun finalına yüksəlib.

Millimiz yarımfinalda Norveçlə qarşılaşıb.

Norveç millisini Ramil Əliyev (2), Sabir Allaquliyev (2), Sahib Məmmədov və Orxan Məmmədovun qolları ilə 6:1 məğlub edən həmyerlilərimiz adlarını finala yazdırıblar.

19 iyulda keçiriləcək final qarşılaşmasında millimizin rəqibi daha əvvəl qrupda qarşılaşdığı Latviya yığması olacaq. Latviyalılar yarımfinalda Gürcüstanı 5:4 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, millimiz qrupdakı üç oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlmiş, Latviyaya 2:3 hesabı ilə məğlub olmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti