Somalidə hava əməliyyatı zamanı "əl-Şəbab"ın 25 üzvü öldürülüb

Dünya xəbərləri Materials 18 İyul 2026 23:40 (UTC +04:00)
Somalidə hava əməliyyatı zamanı "əl-Şəbab"ın 25 üzvü öldürülüb

Bakı. Trend:

Somali Silahlı Qüvvələrinin beynəlxalq tərəfdaşları ilə birgə ölkənin cənub-mərkəzində yerləşən Sulay rayonunda "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli "əş-Şəbab" hərəkatının mövqelərinə qarşı hava hücumu həyata keçirib. Nəticədə 25 silahlı öldürülüb, 18-i isə yaralnıb.

Yerli media xəbər verir ki, silahlı qruplaşmanın dörd üzvü könüllü şəkildə təslim olub, digər bir qrup isə ciddi itkilər verdikdən sonra silahlarını ataraq hadisə yerindən qaçıb.

Nazirlik qeyd edib ki, əməliyyat Somali Silahlı Qüvvələrinin beynəlxalq tərəfdaşları ilə birlikdə "əş-Şəbab"ın döyüş imkanlarının zəiflədilməsi, qruplaşma üzvlərinin tamamilə zərərsizləşdirilməsi məqsədilə həyata keçirdiyi davamlı hərbi kampaniyanın tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti