Rodri, Unai Simon və Pau Kubarsi mundialın ən yaxşıları seçiliblər - DÇ-2026

İdman Materials 20 İyul 2026 04:00 (UTC +04:00)
Rodri, Unai Simon və Pau Kubarsi mundialın ən yaxşıları seçiliblər - DÇ-2026

Bakı. Trend:

İspaniya millisinin üç futbolçusu DÇ-2026-nın əsas fərdi mükafatlarına layiq görülüb.

Rodri turnirin ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatını qazanıb. İspaniya millisinin kapitanı komandasının oyununa nəzarət etməsində, hücumların qurulmasında və müdafiə xəttinin qorunmasında əsas rol oynayıb.

Unai Simon mundialın ən yaxşı qapıçısı seçilərək “Qızıl əlcək” mükafatına layiq görülüb. İspaniya yığmasının qolkiperi 8 oyunda yalnız 1 qol buraxaraq mundiallar tarixində rekord müəyyən edib.

İspaniyanın digər futbolçusu Pau Kubarsi isə DÇ-2026-nın ən yaxşı gənc oyunçusu seçilib. "Barselona"nın 19 yaşlı müdafiəçisi mundial boyunca əsas heyətdə çıxış edib və İspaniyanın müdafiə xəttinin liderlərindən birinə çevrilib. O, finala qədər turnirin bütün oyunlarında meydana çıxaraq komandasının altı quru oyun keçirməsinə yardım edib.

Bundan əlavə, Argentinanın kapitanı Lionel Messi turnirin ən yaxşı ikinci oyunçusu kimi "Gümüş top", Kilian Mbappe "Bürünc top" mükafatına, Niderland yığması "FİFA Fair Play" mükafatına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti