İranla münaqişədə həlak olan amerikalı hərbçilərin sayı açıqlandı

Dünya xəbərləri Materials 20 İyul 2026 10:11 (UTC +04:00)
İranla münaqişədə həlak olan amerikalı hərbçilərin sayı açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranla ABŞ arasında yaşanan silahlı münaqişədə həlak olan Amerikalı hərbçilərinin ümumi sayı 17-yə çatıb.

Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 18-də İraqda vurulmuş İran pilotsuz uçuş aparatına məxsus sursatın "nəzarətli partladılması" zamanı bir amerikalı hərbçi həlak olub.

Komandanlığın məlumatına görə, iyulun 17-də İordaniyada İranın hücumunun dəf edilməsi zamanı daha iki ABŞ hərbçisi ölüb. Həmin vaxt daha bir amerikalı hərbçi itkin düşmüşdü. İyulun 19-da isə komandanlıq İranın son zərbəsinin endirildiyi ərazidə insan qalıqlarının aşkar edildiyini açıqlayıb. Rəsmi itkilərin sayı 18 nəfərə qədər arta bilər.

İranla aparılan hərbi əməliyyatlar zamanı yaralanan ABŞ hərbçilərinin ümumi sayı isə 400 nəfəri ötüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti