Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə iyulun 19-da Şərq vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 20 iyul, saat 06:00) İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"CENTCOM qüvvələri İranın hərbi komanda mərkəzlərini, hava hücumundan müdafiə və sahil müşahidə obyektlərini, dəniz imkanlarını, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, eləcə də rabitə şəbəkələrini hədəfə alıb. Məqsəd İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə və mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətməkdir.
ABŞ Silahlı Qüvvələri Ali Baş Komandanın göstərişi əsasında İranı məsuliyyətə cəlb edir. CENTCOM qüvvələri yüksək hazırlıq vəziyyətində qalır, sayıqlığını qoruyur və istənilən tapşırığı yerinə yetirməyə hazırdır", - deyə məlumatda bildirilir.