Konqoda Eboladan ölənlərin sayı 930 nəfərə çatıb

Dünya xəbərləri Materials 20 İyul 2026 11:45 (UTC +04:00)
Konqoda Eboladan ölənlərin sayı 930 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Konqo Demokratik Respublikasında (KDR) laboratoriya şəraitində təsdiqlənmiş Ebola qızdırmasına yoluxma hallarının sayı son sutka ərzində 77 nəfər artaraq 2344-ə çatıb.

Bu barədə ölkənin Rabitə və KİV İşləri Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Məlumata görə, Ebola virusundan ölənlərin sayı 930 nəfərdir. Son 24 saat ərzində daha 37 nəfər həyatını itirib. Ölüm göstəricisi 39,7 faiz təşkil edir.

Hazırda xəstəxana və təcridxanalarda 724 pasiyent müalicə olunur. Ebola virusuna yoluxan şəxslərlə təmasda olmuş insanların izlənilməsi göstəricisi isə 85,8 faizə çatıb.

Ebola virusunun yayılması 15 may tarixində KDR-in şərqində və Uqandada başlayıb. Xəstəlik Konqonun beş əyalətini əhatə edir. Hazırda epidemiyanın episentri İturi əyaləti hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti