Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 19 İyul 2026 20:25 (UTC +04:00)
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.

Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan Əsgərlidir.

Səhnə işində Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və Emin Sevdimalıyeva yer alıblar.

Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara) ifasında təqdim olunan musiqi nümunələri alqışlarla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti