Bakı. Trend:
Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final matçının ən yaxşı oyunçusu açıqlanıb.
Bu ada Avropa təmsilçisinin hücumçusu Ferran Torres layiq görülüb.
Qeyd edək ki, Torres komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə yeganə qolun müəllifi olub. O, 106-cı dəqiqədə fərqlənib.