Bakı. Trend:
Misir Prezidenti Prezidenti Əbdülfəttah əs-Sisi Əl-Alameyn şəhərində Qəzza və digər regional böhranları müzakirə etmək ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner ilə danışıqlar aparıb.
Bu barədə xarici mətbuatda məlumat verilib.
Məlumata əsasən, Kuşnerin Trampın sülh planını müzakirə etmək üçün Qahirədə HƏMAS nümayəndə heyəti ilə də görüşəcəyi planlaşdırılır.
Onun Misirə səfəri İsrailin Baş naziri Benyamin Netanyahunun Trampın 15 bəndlik sülh planını açıq şəkildə rədd etməsindən sonraya təsadüf edir.
Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun Qahirədəki görüşdə Kuşneri müşayiət edəcəyi gözlənilir.
Danışıqlar Qəzzada beynəlxalq koalisiyaya aid hərbi qüvvələrin yerləşdirilməsi, İsrail qoşunlarının geri çəkilməsi və humanitar yardımlar üzrə keçiriləcək.