Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Dünya xəbərləri Materials 17 Avqust 2026 05:42 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın muxtar şəhəri Seutada yüzlərlə miqrant onlara sığınacaq verilməsi tələbi ilə etiraz aksiyası keçirib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, çimərlikdə kortəbii düşərgə salan miqrantlar İspaniya bayraqlarını dalğalandırıb və ölkədə onlara sığınacaq verilməsini tələb edən şüarlar yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, iyul ayının sonunda on minlərlə sənədsiz immiqrant şəhəri Mərakeşdən ayıran dalğaqırandan keçərək üzmək və piyada getməklə Seutaya çatdı. Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün ordu yerləşdirmək qərarına gəldi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti