Tanınmış Hollivud aktrisası vəfat edib

Dünya xəbərləri Materials 17 Avqust 2026 10:27 (UTC +04:00)
Tanınmış Hollivud aktrisası vəfat edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Heroes” serialı və “Scream” horror saqasında canlandırdığı obrazlarla tanına Hollivud aktrisası Hayden Panettyeri 36 yaşında vəfat edib.

Bu barədə “ABC” telekanalı onun nümayəndəsinə istinadən məlumat yayıb.

“Sevimli Haydenimizin faciəvi şəkildə vəfat etdiyini dərin kədərlə bildiriri”, – deyə o bildirib.

Panettiere aktyorluq karyerasına hələ uşaq yaşlarında başlayıb. Ona geniş şöhrət “Heroes” serialında Kler Bennet rolunu canlandırdıqdan sonra gəlib. Daha sonra aktrisa “Neşvill” serialında Cülyetta Barns obrazını canlandırıb və bu rola görə iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub. Aktrisa həmçinin “Scream” franşizasında çəkilib.

2009–2018-ci illərdə Panettiere ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətdə olub. 2014-cü ildə cütlüyün Kaya adlı qızı dünyaya gəlib.

Aktrisa 2026-cı ilin mayında şəxsi həyatında üzləşdiyi sınaqlardan, o cümlədən doğuşdan sonrakı depressiyadan və asılılıqla mübarizəsindən bəhs etdiyi xatirələr kitabını nəşr edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti