Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

İdman Materials 17 Avqust 2026 06:18 (UTC +04:00)
Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

41 yaşlı portuqaliyalı hücumçu artıq gələcəyi ilə bağlı qərar verdiyini bildirib.

Təcrübəli forvard deyib ki, bu, onun peşəkar futbolçu karyerasında sonuncu ilidir: "Bu, yəqin ki, futbolda son ilimdir və mən böyük bir miras qoymaq istəyirəm. Gələcəyimi tamamilə planlaşdırmışam”

Qeyd edək ki, Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını bitirib.

Hazırda 976 qolu olan forvard 1000 qol hədəfinə çatmaq istəyir. Bunun üçün ona cəmi 24 qol lazımdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti