Bakı. Trend:
Vasitəçilər və Sülh Şurası İsrailə təzyiq göstərərək onu Qəzza zolağında atəşkəs razılaşmasına əməl etməyə və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməyə məcbur etməlidirlər.
Bu barədə hərəkatın Misirin Əl-Əlameyn şəhərində keçirilmiş danışıqlardan sonra "Telegram" kanalında yayımladığı bəyanatda bildirilib.
"Bütün vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza ilə bağlı razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və onun ikinci mərhələsinin icra planını təsdiqləməyə məcbur etməyə çağırırıq", – bəyanatda deyilir.
HƏMAS həmçinin bir daha bəyan edib ki, ona təqdim olunan yol xəritəsi ilə razıdır. Lakin hərəkat bu sənədin konkret hansı müddəaları əhatə etdiyini açıqlamayıb.
"Əl-Ərəbiyyə" televiziya kanalırının mənbələri bildirib ki, "HƏMAS" ABŞ prezidenti Cared Kuşnerlə danışıqlar zamanı hərəkatın tərəfdarlarının silahlarının Qəzzada qalmasını təmin etməyə çalışıb. Lakin telekanal qeyd edib ki, Vaşinqton silahların anklavdan çıxarılmasında israr edir.