“Zirə” ilk turda “Şəfa”nı məğlub edib - Premyer Liqa

İdman Materials 16 Avqust 2026 23:30 (UTC +04:00)
“Zirə” ilk turda “Şəfa”nı məğlub edib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

“Zirə” öz meydanında çempionatın debütantı “Şəfa”nı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin heyətində qolları Eren Aydın və İssa Cibrila vurublar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0. Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti