Bakı. Trend:
Zimbabve hökuməti avqustun 11-də Kariba su anbarında baş vermiş bərə qəzasının səbəblərinin araşdırılmasına başlayıb. Hadisə nəticəsində həlak olanların sayı artıq 84 nəfərə çatıb.
Bu barədə "ZBC" telekanalı nəqliyyat və infrastrukturun inkişafı naziri Feliks Mxonaya istinadən məlumat yayıb.
Qərbi Maşonaland əyaləti üzrə dövlət naziri Marian Çombo isə batan bərənin sərnişinlərinin yaxınlarını onların taleyi ilə bağlı hakimiyyət orqanlarına məlumat verməyə çağırıb. Onun sözlərinə görə, gəmidə olan 67 nəfər xilas edilib.
Kariba su anbarında axtarış-xilasetmə əməliyyatları davam edir.