Bakı. Trend:
İspaniya millisinin kapitanı və yarımmüdafiəçisi Rodri karyerasını "Barselona"da davam etdirməyə yaxındır.
Bu barədə tanınmış transfer insayderi Fabritsio Romano X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, "Barselona" və "Mançester Siti" 2024-cü ilin "Qızıl top" mükafatçısı olan Rodrinin transferi ilə bağlı razılıq əldə ediblər.
Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib və iki qola imza atıb.