Türkiyə Ayın tədqiqi ilə bağlı “Artemida Sazişi”ni imzalayıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 17:57 (UTC +04:00)
Türkiyə Ayın tədqiqi ilə bağlı “Artemida Sazişi”ni imzalayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ayın tədqiqinin təhlükəsizliyini artırmağı və kosmosun dinc, davamlı və faydalı istifadəsini təşviq etməyi qarşıya məqsəd qoyan prinsiplər toplusu olan “Artemida Sazişi”ni imzalayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ölkəmiz Ayın tədqiqinin təhlükəsizliyini artırmağı və kosmik məkanın dinc, davamlı və faydalı istifadəsini təşviq etməyi qarşıya məqsəd qoyan prinsiplər toplusu olan “Artemida Sazişi”ni dünən (31 avqust) imzalayıb.

Türkiyə, “Artemida Sazişi” ilə də ortaya qoyulan anlayış çərçivəsində kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsinə yönəlmiş beynəlxalq əməkdaşlığı dəstəkləməyə, kosmik texnologiyalar və tədqiqatlar sahəsindəki işlərə beynəlxalq hüquq əsasında inklüziv və innovativ yanaşma ilə töhfə verməyə davam edəcək”, - deyə məlumatda bildirilib.

Məlumata görə, 2026-cı il oktyabrın 5-9-da Antalyada keçiriləcək 77-ci Beynəlxalq Kosmos Konqresi də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti