İran və AEBA arasında əlaqələr ənənəvi çərçivələrdə davam etdirilir - Bəqai

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 16:46 (UTC +04:00)
İran və AEBA arasında əlaqələr ənənəvi çərçivələrdə davam etdirilir - Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əlaqələr ənənəvi çərçivələrdə davam etdirilir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

“İranın Vyanada AEBA yanındakı nümayəndəliyi lazım olduğu hər bir yerdə agentliyin əlaqədar tərəfləri ilə danışıqlar aparır. İran və AEBA arasında yeni proses anlamına gələcək müzakirə mövcud deyil”, - deyə o qeyd edib.

Bəqai bildirib ki, bəzi zaman kəsiyində AEBA rəsmiləri, o cümlədən baş direktor Rafael Qrossinin açıqlmaları qarşı tərəflərin sui-istifadə etmələrinə səbəb olub.

“İranın hələ də agentlikdən ciddi tələbi var ki, öz rəftarını agentliyin nizamnaməsinə uyğunlaşdırsın və tənzimləsin. İran agentliyin bəzi üzv ölkələrin siyasi ambissiyalarının təsiri altında məsələlərə daxil olmaqdan çəkinməsini istəyir”, - deyə o bildirib.

İran XİN rəsmisi qeyd edib ki, İran əvvəllər də “Kolang” dağında hər hansı nüvə fəaliyyətinin olmadığını elan edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti