Hind çayının suları haqqında saziş tam qüvvədədir - Pakistan səfirliyi

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 11:34 (UTC +04:00)
Hind çayının suları haqqında saziş tam qüvvədədir - Pakistan səfirliyi
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Daimi Arbitraj Məhkəməsi Hind çayının suları haqqında Sazişin qüvvədə qaldığına və tərəflərdən heç birinin onu birtərəfli qaydada dayandıra və ya ləğv edə bilməyəcəyinə qərar verib.

Bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, məhkəmə yekdilliklə Sazişin Hindistan üçün məcburi olaraq qaldığını və yalnız Hindistan və Pakistanın qarşılıqlı razılığı əsasında yeni saziş bağlamaq yolu ilə dəyişdirilə və ya ləğv edilə biləcəyini müəyyən edib.

Məhkəmə qərarında, həmçinin sazişin qüvvəsinin dayandırılmasını əsaslandırmaq üçün irəli sürülə biləcək bir sıra arqumentlərə, o cümlədən suverenlik, sazişin ehtimal olunan ciddi şəkildə pozulması, terrorizm, şəraitin dəyişməsi, silahlı münaqişə və əks tədbirlərlə bağlı məsələlərə baxıb. Məhkəmə bu əsasların sazişin birtərəfli qaydada dayandırılması üçün kifayət olmadığını müəyyən edib.

Qərar, həmçinin Hindistanın nəzarətində olan Cammu və Kəşmirin bir hissəsində yerləşən "Ratle" su elektrik stansiyasına da aiddir. Məhkəmə müstəqil ekspertin işinin davam etdiyi müddətdə tikintinin müəyyən aspektləri ilə bağlı Pakistanın tələb etdiyi üç təminat tədbirini təmin edib.

Bu tədbirlərə əsasən, Hindistan müstəqil ekspert tərəfindən qərar qəbul edilənədək bəndin divarının və suqəbuledici qurğunun müəyyən hissələrinin müəyyən edilmiş səviyyələrdən yuxarı betonlanmasından çəkinməlidir. Hindistan, həmçinin layihənin tikinti qrafikindəki dəyişikliklər barədə məlumat təqdim etməlidir.

Məhdudiyyətlər müstəqil ekspertin yekun qərarının qəbul edilməsindən sonra 90 gün ərzində qüvvədə olacaq. Bu qərarın təxminən 2027-ci ilin iyulunda qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Saziş 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə aparılan danışıqlardan sonra imzalanıb və iki ölkə üçün ümumi olan Hind çayı hövzəsinin su ehtiyatlarından istifadənin tənzimlənməsi mexanizmini müəyyən edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti